"Epşteyn" arxivində İlon Mask da var imiş… – FOTOlar

"Epşteyn" arxivində İlon Mask da var imiş… – FOTOlar






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Günəş, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ədliyyə Nazirliyi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynlə bağlı genişmiqyaslı arxivləri ictimaiyyətə açıqlayıb.

presstvaz xəbər verir ki, yayımlanan e-poçtlarda Maskın Epşteyn adasında təşkil etdiyi tədbirlər barədə suallar verdiyi, hətta "ən vəhşi əyləncə"nin hansı gün keçiriləcəyini soruşduğu qeyd olunur. Yazışmalarda Epşteynin Maskı şəxsi vertolyotla adaya aparmağı təklif etdiyi, Maskın isə həmin dövrdə partnyoru, britaniyalı aktrisa Talulah Rayli ilə birlikdə səfər planlaşdırdığını bildirdiyi görünür.

Bununla yanaşı, sənədlərdə Epşteynin Mask tərəfindən dəstəklənən və sonradan Tesla tərəfindən satın alınan SolarCity şirkətinin xidmətlərindən istifadə etmək istədiyi də yer alır. Epşteyn günəş enerjisi qurğularının onun Nyu-Meksikodakı rançosunda və ya şəxsi adasında quraşdırılması ilə bağlı suallar ünvanlayıb.

İlon Mask isə illərdir Epşteynlə əlaqələrini minimum səviyyədə göstərir və onun adasına heç vaxt getmədiyini iddia edir. 

Qeyd edək ki, Mask ötən il Donald Trampla yaşadığı mübahisədən sonra Trampı Epşteyn sənədlərini açıqlamamaqda ittiham etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv