Venesuelada bütün siyasi məhbuslar əfv olunur – Rodrigesdən amnistiya qərarı

Venesuelada bütün siyasi məhbuslar əfv olunur – Rodrigesdən amnistiya qərarı






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Donald Tramp, #Hakim, #Nikolas Maduro, #Nyu-York, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges siyasi məhbuslarla bağlı ümumi amnistiya qərarı imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“1999-cu ildən bu günə qədər bütün siyasi zorakılıq dövrünü əhatə edəcək ümumi əfv qanununun təşviqi qərarını elan etmək istəyirəm”, – deyə Rodriges bildirib.

Rodriges amnistiyanın daha əvvəl Venesuela lideri Nikolas Maduro ilə müzakirə olunduğunu da qeyd edib.

Bundan əlavə, Rodriges Karakasdakı “Elikoide” həbsxana mərkəzinin bağlanması və onun yerində polis əməkdaşlarının ailələri, ətraf ərazilərin sakinləri üçün sosial, idman, mədəniyyət və ticarət mərkəzi yaradılması qərarını da açıqlayıb.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv