ABŞ Konqresinə yekun hesabat təqdim edildi: “Epşteyn işi”ndə yeni mərhələ

ABŞ Konqresinə yekun hesabat təqdim edildi: “Epşteyn işi”ndə yeni mərhələ






presstv

"Presstv"az #ABŞ, #Audi, #Ədliyyə Nazirliyi, #Mətbuat konfransı, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ədliyyə Nazirliyi pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynə aid dosyedəki bütün sənədlərin açıqlanmasını başa çatdırdığını bəyan edib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Mətbuat konfransında çıxış edən ABŞ ədliyyə nazirinin müavini Todd Blanşın sözlərinə görə, bu iş üzrə yekun hesabat ABŞ Konqresinə təqdim edildikdən sonra departamentin “Epşteyn dosyesi” ilə bağlı sənədləri açıqlamaq öhdəliyi tam yerinə yetirilmiş sayılacaq.

O bildirib ki, Ədliyyə Nazirliyi üq milyon səhifədən çox sənəd, iki mindən artıq video və 180 min fotoşəkil dərc edib.

Todd Blanş qeyd edib ki, Epşteynin köməkçisi Gisleyn Maksvell istisna olmaqla, materiallarda təsvir olunan bütün qadınların üzləri gizlədilib.

Nazir müavini əlavə edib ki, foto və videomateriallarda heç bir kişinin üzü gizlədilməyib: “Ceffri Epşteyn haqqında gizlətdiyimiz heç bir məxfi sənəd yoxdur”,.

Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorların məlumatına görə, 2002-2005-ci illər arasında onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirilib, onların arasında ən kiçiyinin 14 yaşı olub.

Epşteynin dost və tanışları arasında təkcə ABŞ-dən deyil, digər ölkələrdən də keçmiş dövlət başçıları daxil olmaqla çoxsaylı hazırkı və sabiq məmurlar, tanınmış biznes liderləri və şou-biznes nümayəndələri yer alıb.

C.Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında ölü tapılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv