“Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik” – Salyan sakinlərindən şikayət

“Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik” – Salyan sakinlərindən şikayət






presstv

"Presstv"az #"Azəriqaz", #Audi, #Hakim, #Salyan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Salyan rayonunun 700-ə yaxın sakini olan Ərəbqardaşbəyli kəndinin sakinləri illərdir mavi yanacağın olmamasından əziyyət çəkirlər.

Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək sərt qış aylarında soyuqdan donmamaq üçün aidiyyəti qurumlardan kömək istəyirlər.

Kənd sakinlərindən biri deyib ki, illərdir mavi yanacağın olmaması onların həyatını xeyli çətinləşdirib: “Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik. Uşaqlarımızın hamısı kəndi tərk edib, cavanlardan demək olar ki, heç kim qalmayıb”.

“Odun yoxdur, qırılıb batırıq. Uşaqlarım soyuq səbəbindən xəstələnib. İcra hakimiyyətinə və kənd nümayəndəliyinə müraciət etmişik, “olacaq” deyirlər, amma hələ də nəticə yoxdur”, – başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmayan kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması qurumun gündəliyində olan əsas məsələlərdəndir.

Qurumdan verilən məlumata görə, qazlaşdırma proqramı daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir və sözügedən kəndə küçə qaz xətlərinin çəkilməsi məsələsinə növbəti mərhələlərdə baxıla bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv