ABŞ-nin nüvə axtaran layneri Britaniyaya endi – Nəzərlər İrana yönəlir

ABŞ-nin nüvə axtaran layneri Britaniyaya endi – Nəzərlər İrana yönəlir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Böyük Britaniy, #Böyük Britaniya, #Gəmi, #Hadisə, #Hakim, #Hərbi Hava Qüvvələri, #İran, #İsrail, #Müharibə, #Tehran, #təyyarə, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqton və Tehran arasında artan gərginlik fonunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nüvə silahlarını aşkar etmək üçün istifadə edilən “WC-135R Constant Phoenix” təyyarəsi Böyük Britaniyaya eniş edib.

presstvaz xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri özəl mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Nüvə iyləyicisi” adlandırılan hava gəmisi 2022-ci ildə Ukraynada müharibə başlamazdan bir neçə həftə əvvəl də Britaniyaya enibmiş.

Eyni zamanda o da qeyd olunub ki, təyyarənin sözügedən ölkədə olması təcili hərbi əməliyyatlara hazırlıq hesab edilmir.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar.

İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv