KİV: Tramp İranda xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını nəzərdən keçirir

KİV: Tramp İranda xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını nəzərdən keçirir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avto, #avtobus, #Donald Tramp, #Hadisə, #Hakim, #İran, #İsrail, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Tramp Pentaqon tərəfindən İrana qarşı təklif edilən bir neçə hərbi ssenarini, o cümlədən reydlər və xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını nəzərdən keçirir. Lakin diplomatik həll yolu və Tehranla danışıqlar açıq saxlanılır”.

presstvaz xəbər verir ki, bu barədə “The New York Times” Birləşmiş Ştatların rəsmilərinə istinadən məlumat yayıb.

Xəbərə görə, Trampa son günlərdə İrana hücum üçün genişləndirilmiş seçim siyahısı təqdim edilib. Ağ Ev rəhbəri xüsusilə İrana hücumları, eləcə də nüvə və raket qurğularına daha böyük ziyan vurmağı nəzərdən keçirir.

Ən riskli variantlar arasında 2025-ci ilin iyun ayında ABŞ-nin zərbələri zamanı zədələnən İranın nüvə proqramı qurğularını məhv etmək və xüsusi təyinatlı qüvvələrin gizli şəkildə yerləşdirilməsi də var.

Bundan əlavə, ölkədə xaos yaratmaq və rejim dəyişikliyinə yol açmaq məqsədilə İslam Respublikası rəhbərliyi ilə birbaşa əlaqəli qurğulara qarşı bir sıra zərbələr nəzərdən keçirilir. İsrail isə öz növbəsində Vaşinqtonu İranın raket proqramı qurğularına zərbə endirməyə inandırmağa çalışır.

Rəsmilər vurğulayıblar ki, ABŞ lideri hələlik Pentaqon tərəfindən ona təqdim edilən heç bir hərbi seçimə son qərar verməyib və diplomatik həll yolu tam tükənmiş hesab olunmur.

Bəzi mənbələr qeyd edib ki, Trampın təhdidləri həm də iranlı rəsmiləri danışıqlara razı salmaq məqsədi daşıya bilər.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, nümayişçilər paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar.

İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv