Böyük Britaniyada avtomobil istehsalı kəskin azalıb

Böyük Britaniyada avtomobil istehsalı kəskin azalıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Nəqliyyat, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniya avtomobil sənayesi 2025-ci ildə 764 000 avtomobil və kommersiya nəqliyyat vasitəsi istehsal edib ki, bu da 1952-ci ildən bəri ən aşağı göstəricidir.

presstvaz xəbər verir ki, bu barədə BBC yayım korporasiyası Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) rəqəmlərinə istinadən məlumat yayıb.

2025-ci ildə istehsal həcmi əvvəlki illə müqayisədə 15.5% aşağı olub. SMMT rəhbəri Mayk Housun sözlərinə görə, ötən il bütöv bir nəslin yaddaşında ən ağır il olub. Bu dinamikanın səbəbləri kimi sentyabr ayında baş verən kiberhücumlar səbəbindən “Jaguar Land Rover” zavodlarının işində yaranan fasilələr, “Vauxhall”un Lutondakı zavodunun bağlanması, həmçinin ABŞ-nin ticarət siyasəti göstərilir.

BBC xatırladır ki, hələ 2016-cı ildə Böyük Britaniya ildə 1.7 milyon avtomobil istehsal edirdi. O vaxtdan bəri ölkənin avtomobil sənayesi “Brexit” ətrafındakı qeyri-müəyyənlikdən tutmuş pandemiya və ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə qədər çoxsaylı böhranlarla üzləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv