Ukraynalı bankir İtaliyada ölü halda tapıldı

Ukraynalı bankir İtaliyada ölü halda tapıldı






presstv

"Presstv"az #Audi, #Hadisə, #Milan, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynalı sahibkar və bankir Aleksandr Adariçin cəsədi yanvarın 23-də Milanın mərkəzində, Via Nerino küçəsində yerləşən hotelin pəncərələri altında aşkarlanıb.

presstvaz bu barədə “Il Giorno” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, iş adamının qaldığı otağın bir gecəlik qiyməti 300 avro olub və otaq başqa bir şəxsin adına rəsmiləşdirilib. Otaqda Adariçin fotosu olan, lakin fərqli adlar və millətlər göstərilən şəxsiyyəti təsdiq edən sənədlər tapılıb.

Qəzetin məlumatına görə, hadisədən sonra Adariçin qaldığı hoteli iki nəfər tələsik tərk edib. Qeyd olunur ki, cəsədin yarılması (ekspertiza) hələ aparılmayıb.

Həmçinin vurğulanır ki, Adariç Lüksemburqda yerləşən daşınmaz əmlak şirkəti “Alfaro Real Estate”də rəhbər vəzifə tutub və Barselonada fəaliyyət göstərən “Fondazione Casa Ucraina” fondu ilə əlaqəli olub.

Qeyd edək ki, müxtəlif illərdə bankir Adariç Donetsk vilayətində “PrivatBank”ın kredit idarəsinin rəhbəri olub, “UkrSibbank”ın idarə heyətində çalışıb, 2016-cı ildə müflis elan edilən “Evrobanka”, eləcə də “Fidobank”*a sahiblik edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv