Agentlik sədri: “2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”

Agentlik sədri: “2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”






presstv

"Presstv"az #Audi, #Bakı, #Füzuli, #Masallı, #Mətbuat konfransı, #Quba, #Sabirabad, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2030-cu ilədək 14 regional DOST mərkəzinin və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub”.

presstvaz xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, cari ilin yanvar ayında isə Tərtər filialı istifadəyə verilib:

“Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə yeddi DOST mərkəzi, iki DOST filialı, bir “Smart DOST” xidmət məntəqəsi, iki DOST məntəqəsi istifadəyə verilib.

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filiallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv