Avropa İttifaqı Rusiyanın tanınmış jurnalistlərinə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı Rusiyanın tanınmış jurnalistlərinə qarşı sanksiya tətbiq etdi






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Rusiya, #Teleaparıcı, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) rusiyalı teleaparıcılar Dmitri Quberniyev, Pavel Zarubin, Yekaterina Andreyeva və Mariya Sitteli sanksiya siyahısına daxil edib.

presstvaz xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Aİ-nin “Rəsmi jurnalı”nda dərc olunmuş qərarında deyilir.

Siyahıya həmçinin balet artisti Sergey Polunin və “Roma Jiqan” ləqəbi ilə çıxış edən repçi Roman Çumakov da düşüb.

Aİ adıçəkilən bütün Rusiya vətəndaşlarını öz peşəkar jurnalistika və yaradıcılıq fəaliyyətləri çərçivəsində Rusiya Federasiyası hökumətinin Ukrayna ilə bağlı hərəkətlərini həyata keçirməkdə və dəstəkləməkdə ittiham edib.

Aİ-nin fərdi sanksiyaları birlik ərazisinə giriş qadağasını və Avropa banklarındakı istənilən maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv