Şəmkirdə diş həkimi 13 yaşlı qızla nişanlandı

Şəmkirdə diş həkimi 13 yaşlı qızla nişanlandı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Cəbrayıl, #Həkim, #Şəmkir, #Şəmkir rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub.

Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.

M.Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı qızı diş həkimə gələrkən görüb və bəyənib. O, daha sonra Nüşabə (ad şərtidir) ilə danışaraq ona elçi göndərəcəyini bildirib.

Nüşabə isə ifadəsində bildirib ki, anasının onu Müşfiqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib, verməsə, özünü öldürəcəyini bildirib:

“Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə “hə” dedi”.

Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv