"Liverpul"la oyun bizə dərs olacaq – Bəhlul Mustafazadə

"Liverpul"la oyun bizə dərs olacaq – Bəhlul Mustafazadə






presstv

"Presstv"az #Beynəlxalq Hava Limanı, #Çin, #Fransa, #Futbol, #Heydər Əliyev, #İngiltərə, #Jurnalistlər, #PSJ, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. "Liverpul"la oyuna görə təəssüf hissi keçiririk. Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la matç bizə dərs olacaq.

presstvaz xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb:

"Nyukasl" PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq".

B.Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:

"Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv