Trampın İranı təhdid etməsindən sonra neft bahalaşdı

Trampın İranı təhdid etməsindən sonra neft bahalaşdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Bakı, #Dollar, #Donald Tramp, #Gəmi, #İran, #London, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamasından sonra neftin qiyməti artıb.

presstvaz xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün “Brent” markalı xam neftin füçerslərinin qiyməti təxminən 1% artaraq, bir barel üçün 68.19 dollara çatıb.

Bakı vaxtı ilə saat 16:10-a olan məlumata görə, “Brent” neftinin qiyməti 0.06% artaraq, 67.61 dollara çatıb.

ABŞ liderinin açıqlamasından sonra, Bakı vaxtı ilə saat 16:12-yə qədər “Brent” neftinin qiyməti 0.92% artaraq, bir barel üçün 68.19 dollar olub.

Daha sonra, Bakı vaxtı ilə saat 16:28-ə qədər “Brent” neftinin qiyməti korreksiya olunaraq, 0.33% artımla bir barel üçün 67.79 dollara çatıb.

2026-cı ilin mart ayında çatdırılma üçün WTI markalı xam neftin qiyməti isə bir barel üçün 62.71 dollar (+0.71%) təşkil edib.

Qeyd edək ki, Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Linkoln” aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi xüsusi qrupun Venesueladakı əməliyyata bənzər şəkildə İrana qarşı hücuma keçməyə hazırlaşdığını bəyan edib. ABŞ lideri, həmçinin İran nümayəndələrinin nüvə silahlarından imtina ilə bağlı razılaşmaya qol qoyacaqlarına inandığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv