Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi

Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Həkim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2 380 manat ödədiyi əməliyyatdan sonra burun nahiyəsində fəsadlar yarandığını iddia edən vətəndaş məhkəməyə müraciət edib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Firuzə Əliyeva burun çəpərinin əyriliyi və rinoplastika əməliyyatından sonra səhhətində ciddi problemlər yarandığını iddia edir. Onun sözlərinə görə, əməliyyatdan sonra beynində travma yaranıb, görmə qabiliyyəti zəifləyib, nəfəs alması çətinləşib. Bundan əlavə, burun dəlikləri arasında yerləşən kanallarda iltihab prosesi başlayıb.

Firuzə Əliyeva bildirir ki, bir il əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən əməliyyat olunub. Lakin əməliyyat gözlənildiyi kimi fəsadsız keçməyib.

Onun iddiasına görə, əməliyyat üçün 2 380 manat ödəniş etsə də, sonradan yaranan fəsadların müalicəsi üçün əlavə olaraq 6 min manatdan çox vəsait xərcləməli olub. Bu səbəbdən də o, həkimə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı lor-cərrah Babək Həsənli ilə də əlaqə saxlanılıb. O, pasiyentin irəli sürdüyü iddialara münasibət bildirərək qeyd edib ki, Firuzə Əliyeva əməliyyatdan sonra tövsiyə olunan müalicə və reabilitasiya tədbirlərinə əməl etməyib.

Nəsimi Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv