Zelenskinin sözləri səbəbindən Ukrayna səfiri Macarıstan XİN-ə çağırıldı

Zelenskinin sözləri səbəbindən Ukrayna səfiri Macarıstan XİN-ə çağırıldı






presstv

"Presstv"az #Audi, #Avropa, #Macarıstan, #Müharibə, #Ukrayna, #Volodimir Zelenski, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Volodimir Zelenskinin “Avropanın pulları hesabına yaşayan və eyni zamanda Avropa maraqlarını satmağa çalışan hər bir Viktorun boynunun ardına bir sillə ilişdirmək” çağırışından sonra Ukraynanın Budapeştdəki səfirini nazirliyə çağırıb.

presstvaz “Index” nəşrinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Nazirin məlumatına görə, Zelenski və Ukrayna hökuməti açıq şəkildə seçkinin nəticələrinə təsir göstərməyə çalışırlar:

“Aydındır ki, onlar “Tisa” partiyasının qalib gəlməsini istəyirlər, çünki əgər “Tisa” partiyası seçkidə qalib gəlsə, dərhal Ukraynanın Avropa İttifaqına daxil olmasına yaşıl işıq yandıracaq, Macarıstanı müharibəyə sürükləmək üçün dərhal Brüsselə “hə” deyəcək və Brüsselə macarların pullarını Ukrayna dövlətinin saxlanmasına sərf etməyə icazə verəcək”.

Bununla əlaqədar Macarıstan Ukrayna səfirinə bildirib ki, Budapeşt kiminsə Macarıstanın parlament seçkisinə müdaxilə etməsinə dözməyəcək.

Qeyd edək ki, Macarıstanda parlament seçkisi 12 aprel 2026-cı il tarixində baş tutmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv