Qvardioladan “Qalatasaray” etirafı: “Çox güclü komandadır”

Qvardioladan “Qalatasaray” etirafı: “Çox güclü komandadır”






presstv

"Presstv"az #"Beşiktaş", #"Fənərbağça", #Audi, #Avropa, #Bakı, #Bavariya, #Futbol, #İspaniya, #Leroy Sane, #Mançester Siti, #Pep Qvardiola, #Qalatasaray, #Türkiyə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sabah “Qalatasaray”a qarşı qalib gəlmək istəyirik. Əlimizdən gələni etməliyik”.

presstvaz xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Qalatasaray”la oyun öncəsi açıqlamasında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, Türkiyə təmsilçisinin bütün futbolçularını izləyib:

“Hamısı müstəsna oyunçulardır. Əlimizdən gələni etməliyik. Bəzi çatışmazlıqlarımız var, görəcəyik. Leroy Sane burada fantastik idi. İlkay Gündoğan bizim kapitanımız olmuşdu, burada böyük uğurlar qazandı. Hər ikisi kluba böyük töhfələr verdi və mən onlara sonsuz minnətdaram. Sabah onları yenidən görməkdən məmnunam”.

Qvardiola vurğulayıb ki, komandası ilk səkkizlikdə yer almağı hədəfləyir:

“Bu, çox çətin bir matçdır. ‘Qalatasaray” Türkiyənin ən böyük komandalarından biridir. Onlar çox keyfiyyətli futbolçular transfer edirlər. Sürətli və yüksək səviyyəli oyunçuları var”.

Baş məşqçi Türkiyə klublarının Avropadakı roluna da toxunub:

“Türkiyə komandalarına qarşı səfərdə “Barselona”, “Bavariya” və ya “Mançester Siti” ilə oynamamışam. Bu, “Qalatasaray” üçün də əla bir gecə olacaq. “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” Avropada vacib klublardır. Bəzi oyunçularla danışmışam, atmosferin inanılmaz olduğunu deyirlər. Sabah axşam güclü dəstək gözləyirik. “Qalatasaray” çox yaxşı komandadır və biz onlara böyük hörmətlə yanaşırıq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Mançester Siti” – “Qalatasaray” oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv