ÜST təhlükəli virusla bağlı açıqlama yaydı

ÜST təhlükəli virusla bağlı açıqlama yaydı






presstv

"Presstv"az #Audi, #Hakim, #Hindistan, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusuna yoluxma halları ilə bağlı riskləri qiymətləndirmək üçün Hindistan səhiyyə orqanları ilə daim əlaqə saxlayır”.

presstvaz xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki nümayəndəsi Tarik Jazareviç “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, infeksiyanın daha böyük arealda yayılma ehtimalı azdır:

“Təşkilat ilkin yoluxma halları barədə məlumat aldıqdan dərhal sonra federal və regional səviyyələrdə Hindistan hakimiyyət orqanları ilə əməkdaşlıq edir. ÜST texniki dəstək göstərir və epidemioloji vəziyyəti təhlil edir. Hindistan bu cür yoluxmaların və virusun daha da artmasının qarşısını effektiv şəkildə almaq üçün lazımi imkan və resurslara malikdir”.

Qeyd edək ki, həyati təhlükə yaradan Nipah virusuna yoluxmalar Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Orada təxminən 100 nəfərin karantində olduğu bildirilib. Hazırda yoluxanlar üçün heç bir xüsusi müalicə üsulu və ya peyvənd mövcud deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv