Rusiyada FTX-yə internet və telefon xidmətlərini kəsmək hüququ veriləcək

Rusiyada FTX-yə internet və telefon xidmətlərini kəsmək hüququ veriləcək






presstv

"Presstv"az #Audi, #Rusiya, #Rusiya Dövlət Duması

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 27-də Rusiya Dövlət Duması telekommunikasiya operatorlarını Federal Təhlükəsizlik Xidmətinin (FTX) tələbi ilə internet və telefon xidmətlərini kəsməyə məcbur edən qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaq.

presstvaz-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, sənəd sözügedən ölkənin Baş naziri Mixail Mişustin tərəfindən baxılmaq üçün Dumaya təqdim edilib.

Qanun layihəsində “Rabitə haqqında” Federal Qanunda telekommunikasiya operatorlarının öhdəliklərinə əlavə edilməsi üçün aşağıdakı iki dəyişiklik təklif olunur:

– Rusiya Federasiyası prezidentinin və hökumətinin normativ hüquqi aktları ilə müəyyən edilmiş hallarda Federal Təhlükəsizlik Xidməti qurumlarından müvafiq tələb alındıqda rabitə xidmətlərinin göstərilməsini dayandırmaq, vətəndaşları və dövləti yaranan təhlükə təhdidlərindən qorumaq;

– Öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi rabitə operatorunun Federal Təhlükəsizlik Xidmətinin tələblərinə riayət etməsi ilə əlaqədardırsa, operator buna görə rabitə xidməti müqaviləsi üzrə məsuliyyət daşımır.

Sənəd üçün izahlı qeyddə deyilir ki, qanun layihəsi FTX-nin işinin təmin edilməsinə və terrorizmə qarşı mübarizəyə yönəldiyindən tənzimləyici təsirin qiymətləndirilməsinə tabe deyil.

Sənədin müəllifləri qanun layihəsinin həyata keçirilməsinin əlavə dövlət xərclərinə səbəb olmayacağını vurğulayırlar.

Qeyd olunan dəyişikliklər sabit internet və telefon da daxil olmaqla bütün növ rabitə xidmətlərini əhatə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv