“Kristal”dan aylıq ödənişsiz ev sahibi olmaq imkanı

“Kristal”dan aylıq ödənişsiz ev sahibi olmaq imkanı






presstv

"Presstv"az #Audi, #Qiymət artımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İlkin ödəniş və aylıq kredit öhdəliklərinə görə mənzil almaq istəyini təxirə salanlar üçün sevindirici xəbər var!

“Kristal” daşınmaz əmlak bazarında innovativ və vətəndaşyönümlü bir satış modelinə start verir: “Evini hissə-hissə al”. Bu model mənzil almaq istəyən, amma kredit və faiz yükü istəməyən hər kəs üçün nəzərdə tutulub.

Təklif olunan modelin əsas üstünlüyü aylıq ödəniş öhdəliyinin olmamasıdır. Müştəri istədiyi mənzili seçir, istədiyi qədər yaşayış sahəsi alır və bu sahə onun adına rəsmiləşdirilir. İstər 1 kv.m, istər 5 kv.m! Alıcı istədiyi vaxt və əlində vəsait olduqca əlavə kvadratlar almaqla mənzilini böyüdə bilir. Bu müddət ərzində heç bir bank faizi və ya kredit artımı tətbiq olunmur, ödənilən hər bir manat birbaşa mənzil sahəsinə çevrilir. Müştərinin daha əvvəl aldığı kvadratmetrlər bazarın qiymət artımından birbaşa faydalanır. Daşınmaz əmlakın qiyməti yüksəldikcə alıcının sahib olduğu sahənin dəyəri də eyni nisbətdə artır və bu da yatırılan vəsaitin inflyasiyadan qorunmasını təmin edir.

Kristaldan aylıq ödənişsiz ev sahibi olmaq imkanı

Bu modelin ən diqqətçəkən tərəfi isə kredit və faiz anlayışının olmamasıdır. Burada nə faiz var, nə də aylıq ödəniş öhdəliyi. Müştəri yalnız öz büdcəsinə uyğun vaxtda və istədiyi məbləğdə ödəniş edir.

Əgər sonda müştərinin topladığı məbləğ seçdiyi mənzili almağa kifayət etməzsə və ya seçilən mənzil həmin müddətdə satılarsa, alternativ seçimlər təklif olunur. O, həmin günün bazar dəyərinə uyğun hesablanan topladığı dəyəri “Kristal”ın digər layihələrində də uyğun mənzilə çevirə bilər.

Kristaldan aylıq ödənişsiz ev sahibi olmaq imkanı

Müştəri gələcəkdə mənzil əldə etmək istəməsə və ya nə vaxtsa fikrini dəyişsə, o zaman yatırdığı vəsaiti illik 12% artımla istənilən zaman geri ala bilər (12% illik gəlir hər bir ödəniş məbləği üzrə vəsaitin yatırıldığı tarixdən etibarən ayrıca qaydada və faktiki saxlanma müddətinə mütənasib olaraq hesablanaraq tətbiq olunur).

“Kristal”ın “Evini hissə-hissə al!” satış modeli ilə sən də heç bir kredit yükü olmadan, heç bir aylıq ödəniş öhdəliyi olmadan mənzilinə hissə-hissə sahib ol.

Kristaldan aylıq ödənişsiz ev sahibi olmaq imkanı

Ətraflı məlumat üçün satış ofislərinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.

kristal.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv