Qazaxıstan beynəlxalq arbitrajda qalib gəldi: Ölkəyə böyük neft şirkətləri milyardlarla vəsait ödəməlidir

Qazaxıstan beynəlxalq arbitrajda qalib gəldi: Ölkəyə böyük neft şirkətləri milyardlarla vəsait ödəməlidir






presstv

"Presstv"az #Audi, #Dollar, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan hökuməti ilə Qaraçaqanak layihəsində hasilatın pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərən böyük neft şirkətləri arasındakı mübahisəyə hüquqi qiymət verilib.

presstvaz “Bloomberg”ə istinadən xəbər verir ki, beynəlxalq arbitraj Qazaxıstan dövlətinin xeyrinə qərar çıxarıb.

“Məhkəmə hələlik sahədəki tərəfdaşların ödəməli olduğu konkret məbləği müəyyən etməyib, lakin xarici hüquq məsləhətçiləri bunun iki-dörd milyard dollar arasında ola biləcəyi ehtimalını irəli sürürlər”, – deyə açıqlamada bildirilib.

Nəşrin məlumatına görə, arbitraj qərarı hökumətin “şirkətlərin təsdiqlənməmiş xərc artımlarını və yataqların hasilatı ilə bağlı müqavilə çərçivəsində digər xərcləri geri ödəmələri” mövqeyini təsdiqləyib.

Qaraçaqanak tərəfdaş şirkətləri məhkəmənin qərarından apellyasiya şikayəti verə bilərlər.

Bildirilir ki, bu qərar Qaraçaqanak yatağının operatorlarından altı milyard dollardan çox pul tələb edən Qazaxıstan hökuməti üçün qismən qələbədir.

Qazaxıstanın Energetika Nazirliyi məxfiliyi əsas gətirərək arbitrajın nəticəsi ilə bağlı şərh verməkdən imtina edib.

2023-cü ildə Qazaxıstan hökuməti Qaraçaqanak yatağını işlədən şirkətlərə qarşı büdcə ayırmaları ilə bağlı məhkəmə iddiası qaldırıb.

2025-ci ildə isə beynəlxalq şirkətlər mübahisəni yataqdan çıxarılan təbii qazı daxili istehlak üçün emal edəcək bir zavod tikməklə həll etməyi təklif ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv