Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Hadisə, #Nəqliyyat, #Şəmkir, #Şəmkir rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Yol polisi sürücülərə bir daha çağırış edib
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Hadisə Şəmkir–Şiştəpə kənd yolunda qeydə alınıb. Qəza zamanı 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib, avtomobildə olan 5 yaşlı oğlu Adəm isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, yol hərəkəti qaydaları insan həyatının qorunması məqsədilə müəyyən edilib və bu tələblərə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Sürət həddinə riayət edilməsi, ötmə qaydalarına əməl olunması, təhlükəsizlik kəmərindən istifadə və nəqliyyat vasitəsinin texniki sazlığı yol hərəkətinin əsas təhlükəsizlik şərtləridir.

         Xüsusilə azyaşlıların avtomobildə daşınması zamanı sürücülərin məsuliyyəti daha da artır. Sükan arxasında olan şəxs avtomobildə olan bütün sərnişinlərin təhlükəsizliyinə cavabdehdir.

Yol polisi sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və sükan arxasında məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır. Qeyd olunur ki, yol hərəkəti qaydalarının pozulması bəzən geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv