Türkiyədə onlayn oyunda başlayan dostluq dava ilə bitdi

Türkiyədə onlayn oyunda başlayan dostluq dava ilə bitdi






presstv

"Presstv"az #Ailə, #Audi, #Haber Global, #Hadisə, #Mobil telefon, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Adana vilayətinin Seyhan rayonunda onlayn oyunda başlayan dostluq mübahisə ilə nəticələnib.

presstvaz “Haber Global”a istinadla xəbər verir ki, mübahisə əvvəlcə onlayn şəkildə başlayıb, daha sonra lisey şagirdini zorla maşına mindirib boş əraziyə aparıb və döyüblər. Hadisə ilə bağlı şübhəlilər saxlanılıblar.

Məlumata görə, 17 yaşlı R.G. adlı lisey şagirdi ilə bir müddət əvvəl onlayn oyun vasitəsilə tanış olduğu 19 yaşlı M.T.A. arasında mübahisə yaranıb. İddiaya görə, oyun zamanı edilən təhqirlərdən qəzəblənən M.T.A. bir müddət sonra yemək bəhanəsi ilə R.G.-ni görüşə çağırıb. Ticarət mərkəzində təyin olunan görüş yerinə gedən R.G. burada M.T.A. və 17 yaşlı H.A.D. ilə qarşılaşıb. Mübahisə böyüyüb və R.G. məcburi şəkildə 22 yaşlı Y.A.-nın idarə etdiyi taksiyə mindirilərək ərazidən uzaqlaşdırılıb.

Şübhəlilər R.G.-ni boş bir əraziyə apararaq maşının arxa oturacağında onu döyüblər. Ön oturacaqda oturan M.T.A. baş verənləri mobil telefonla lentə alıb. Görüntülərdə R.G.-nin ağladığı və üzr istədiyi kadrlar əks olunub.

Döyüldükdən sonra R.G.-nin maşından düşməsinə icazə verilib və o, qaçaraq ərazidən uzaqlaşıb, baş verənləri ailəsinə danışıb. Şikayətdən sonra polis əməkdaşları hərəkətə keçib, şübhəlilərin kimliyini müəyyən edib və onları saxlayıbla.

Saxlanılan 3 şübhəli polisə verdikləri ifadələrdə əməllərindən peşman olduqlarını bildiriblər. Prosedurlardan sonra 3 şübhəli çıxarıldıqları məhkəmə tərəfindən həbs ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv