Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ

Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ






presstv

"Presstv"az #Xurma, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şirniyyata olan istək bir çox insan üçün pəhrizin ən çətin hissəsidir. Mütəxəssislər bildirir ki, düzgün seçim etdikdə şirniyyatdan tam imtina etmədən də çəki artımının qarşısını almaq mümkündür.

presstvaz xəbər verir ki, bunun üçün şəkərli və kalorili desertləri daha sağlam alternativlərlə əvəz etmək kifayətdir.

Şirniyyata sağlam alternativlər:

Meyvələr: Alma, banan, çiyələk, portağal kimi meyvələr təbii şəkər ehtiva edir və şirniyyat istəyini azaldır.

Qara şokolad (70-85%): Az miqdarda qəbul edildikdə həm şirin ehtiyacı ödəyir, həm də uzunmüddətli toxluq hissi yaradır.

Quru meyvələr: Xurma, ərik qurusu və kişmiş şəkər əvəzi kimi istifadə oluna bilər, lakin ölçüyə diqqət etmək vacibdir.

Qatıq və bal-meyvə qarışığı: Şəkərli desertlərə nisbətən daha az kalorilidir və həzm üçün faydalıdır.

Yulaflı ev desertləri: Şəkərsiz, təbii məhsullarla hazırlanan yulaflı şirniyyatlar həm sağlam, həm də doyurucudur.

Mütəxəssislər vurğulayır ki, əsas məsələ porsiya nəzarətidir. Sağlam qidalar belə normadan artıq qəbul edildikdə çəki artımına səbəb ola bilər. Doğru seçim və balanslı qidalanma ilə şirniyyat istəyi zərərsiz şəkildə idarə oluna bilər.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv