Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı öz maşınında ölü tapıldı: Yanında tapança və məktub olub

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı öz maşınında ölü tapıldı: Yanında tapança və məktub olub






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Dövlət Təhlükəsizlik Xidməti, #Gürcüstan, #Hadisə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşının cəsədi maşınında tapılıb.

Bu barədə presstvaz “Sputnik Gürcüstan” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, əməkdaşın üzərində güllə yarası olan cəsədi qurumun binasının yaxınlığındakı avtomobildə aşkarlanıb.

Prokurorluq bildirib ki, orada yan oturacaqda tapança və məktub da tapılıb.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) hazırda hadisə ilə bağlı araşdırma aparır.

Həmçinin Gürcüstanın yerli KİV-də DTX-nin agentlik əməkdaşının ölümü ilə bağlı verdiyi ilk açıqlama dərc edilib.

“Bu şəxs Antikorrupsiya Agentliyinin olduqca təcrübəli və layiqli əməkdaşı idi, hamı tərəfindən çox sevilirdi. Hər şeydən əvvəl deyə bilərik ki, bir neçə ay əvvəl ölkə xaricində bariatrik əməliyyat keçirib, onlarla kiloqram arıqlayıb və bu səbəbdən onun sağlamlıqla bağlı müəyyən problemləri yaranıb. Hazırda məlum olan və işçilərimizdən əldə etdiyimiz odur ki, o, səhər tezdən işə gəlib, görünür, silah götürüb, iş yerini tərk edib və maşınında güllə yarası ilə ölü tapılıb, yan oturacaqda isə məktub olub. Bunlar yalnız bizə məlum olan ilkin məlumatlardır. İstintaq əlavə detalları müəyyən edəcək”, – deyə DTX-nin açıqlamasında qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv