Yeni Zelandiya ÜST-dən çıxmaq istəyir: XİN rəhbəri sərt bəyanatlar verdi

Yeni Zelandiya ÜST-dən çıxmaq istəyir: XİN rəhbəri sərt bəyanatlar verdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Donald Tramp, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yeni Zelandiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə ayırmaq öhdəliklərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir”.

presstvaz xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin ÜST-dən çıxması təşkilatın hazırkı vəziyyətini və qurumun effektivliyini şübhə altına alır:

“ABŞ ÜST-dən çıxdı. Bir qrup qlobalist-bürokrat dünya vergi ödəyicilərinin pullarını məsuliyyət daşımadan xərclədikdə nəticə belə olur. Yeni Zelandiya da vergi ödəyicilərinin pullarının ölkə daxilində deyil, xaricdə məsuliyyətlə xərclənib-xərclənmədiyini ciddi şəkildə nəzərdən keçirməlidir. ÜST fəaliyyət göstərməyən şişirdilmiş bir təşkilata çevrilib. ÜST-yə üzvlük Yeni Zelandiyaya milyonlarla dollara başa gəlir. Xalqın qarşısında məsuliyyətimiz barədə ciddi bir söhbət aparmalıyıq”.

Yanvarın 22-də ABŞ Prezidenti Donald Trampın bir il əvvəl ÜST-dən çıxmaq qərarı qüvvəyə minib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bu addımı ABŞ və dünya üçün təhlükə adlandırıb. ABŞ-nin qurumdan çıxması məsələsi təşkilatın fevralın 2-7-də Cenevrədə keçiriləcək növbəti iclasında müzakirə olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv