Qəbələdə baş verən ağır qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Qəbələdə baş verən ağır qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ






presstv

"Presstv"az #Audi, #Hadisə, #Nəqliyyat, #Qəbələ, #Qəbələ rayonu, #Şəki, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.

presstvaz-ın sorğusuna cavab olaraq Oğuz və Qəbələ Rayon Mərkəzi xəstəxanalarından (RMX) bildirilib ki, yanvarın 26-da saat 03:15-də Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Oğuz RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“2000-ci il təvəllüdlü şəxsə bədənin və başın müxtəlif nahiyələrinin açıq yarası, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, diz oynağının parçalanmış sınığı, IV dərəcə komatoz vəziyyət, qulaqların travmatik amputasiyası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi müalicə məqsədilə pasiyent Qəbələ RMX-yə təxliyə olunub.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv