Bölgələrdə kommunal xidmətlərin qiymətlərinin azaldılması ilə bağlı TƏKLİF

Bölgələrdə kommunal xidmətlərin qiymətlərinin azaldılması ilə bağlı TƏKLİF






presstv

"Presstv"az #Ailə, #Audi, #Milli Məclis, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin müxtəlif bölgələrində yaşayan sakinlər kommunal xərclərin yüksək olmasından və bu ödənişləri qarşılamaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.

presstvaz xəbər verir ki, sakinlərin bir qismi İctimai TV-yə açıqlamalarında xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından da istifadə etdiklərini bildiriblər.

Onların sözlərinə görə, kənd yerlərində hava şəraiti şəhərlərlə müqayisədə daha sərt keçir. Bu səbəbdən qaz sərfiyyatı artaraq müəyyən edilmiş limiti aşır və nəticədə ödənişlərin məbləği ailə büdcəsi üçün ciddi problemə çevrilir. Belə hallarda ailə üzvləri bir otaqda toplaşaraq odun sobası vasitəsilə isinməyə məcbur qalırlar.

Bəzi sakinlər yaranmış vəziyyətdən çıxış yolunu iri şəhərlərə köçməkdə görürlər.

Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatlar bildiriblər ki, bu cür hallar şəhərlərin həddindən artıq yüklənməsinə səbəb olur və problemin həlli üçün xüsusi dövlət proqramı hazırlanmalıdır.

Deputatların fikrincə, atılacaq addımların əsas istiqamətlərindən biri məhz kommunal xərclərin azaldılması olmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv