Peşəkarlığı, çoxşaxəli yaradıcılığı və zəngin publisistik irsi ilə seçilən qələm adamı

Peşəkarlığı, çoxşaxəli yaradıcılığı və zəngin publisistik irsi ilə seçilən qələm adamı






Rəşad Cəfərli

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Baş redaktor, #Çin, #Kitab, #Məcburi köçkün, #Mətbuat Şurası, #Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Əməkdar jurnalist Elşən Əliyevin 65 illik yubileyi qeyd olunub
       presstvaz bildirir ki, Əməkdar jurnalist Elşən Əliyevin 65 illik yubileyi münasibətilə Mətbuat Şurasında keçirilən tədbirdə onun zəngin yaradıcılıq yolu, jurnalistikadakı əvəzsiz xidmətləri və çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, Elşən Əliyev nadir istedad sahiblərindən biridir. Onun iqtisadiyyat və hüquq sahələrini dərindən bilməsi, Azərbaycan dilinin ən incə çalarlarına mükəmməl yiyələnməsi və yüksək səviyyəli tərcüməçilik bacarığı peşəkar jurnalist portretini tamamlayır.

Bildirilib ki, Elşən Əliyevin tərcümələri aydın, axıcı və səlisliyi ilə seçilir, oxucuya mətnin başqa dildən çevrildiyini hiss etdirmir. O, jurnalistikada həm rəsmi-işgüzar, həm də bədii-publisistik üslubun mahir bilicisi kimi tanınır. Redaktorluq fəaliyyəti ilə yanaşı, informasiyadan oçerkə qədər müxtəlif janrlarda qələmə aldığı yazılar onun bənzərsiz və çoxçalarlı yaradıcılığının mühüm hissəsidir.

       Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Elşən Əliyevin keçdiyi zəngin yaradıcılıq yolundan bəhs edib. Qeyd olunub ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Elşən Əliyev əmək fəaliyyətinə Ağdam rayon qəzetində başlayıb, sonrakı illərdə “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “Panorama”, “Bizim əsr” kimi nüfuzlu mətbu orqanlarda çalışıb. O, eyni zamanda “Azərbaycan işıqları” qəzetinin baş redaktoru, “Vergi xəbərləri” jurnalının məsul katibi olub. Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Vətən səsi” saytının redaktorudur.

Tədbirdə çıxış edən Əməkdar mədəniyyət işçiləri Xanlar Məmmədov, Müsəllim Həsənov, Əməkdar jurnalist Yusif Rzayev, qələm dostları Salman Babayev, Vüqar Orxan, Elxan Salahov, tələbə yoldaşı Süleyman Qaradağlı və digərləri 40 ildən artıq mətbuat sahəsində çalışan Elşən Əliyevi sözün əsl mənasında “sözün cəfakeşi” kimi xarakterizə ediblər. Onun “nəşriyyat-adam” kimi formalaşdığı vurğulanıb, istənilən mətni yüksək sürətlə yığmaq, redaktə və dizayn etmək bacarığı, eləcə də nəşriyyat işi üçün zəruri olan proqramlara mükəmməl bələd olması xüsusi qeyd edilib.

       Elşən Əliyev “Bir cüdo əfsanəsi” kitabının müəllifi, “Murov qartalı” kitabının həmmüəllifi, Xalq yazıçısı Çingiz Abdullayevin “Qatil üçün Qran-pri” əsərinin tərcüməçisi, onlarla kitabın redaktorudur.

Tədbirin sonunda yubilyara Mətbuat Şurasının diplomu təqdim olunub. Elşən Əliyev yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkür edib və bundan sonra da sözün və mətbuatın keşiyində dayanacağını bildirib.

Rəşad CƏFƏRLİ,

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.