"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?






presstv

"Presstv"az #Apple, #Avto, #Çin, #iPhone, #Smartfon, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple" "iPhone"un batareyasının xidmət müddətini uzatmaq və sürətlənmiş aşınmanın qarşısını almaq üçün onu düzgün necə enerji ilə doldurmaq lazım olduğuna dair rəsmi xəbərdarlıq yayıb.

presstvaz xəbər verir ki, şirkətin məlumatına görə, smartfonun 100%-ə qədər doldurulması litium-ion akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur və batareyanın daxilində kimyəvi və mexaniki gərginlik yaradır. "SuperCardBlondie" yazır ki, bu hal xüsusilə cihazın 1-2 il aktiv istifadəsindən sonra daha aydın hiss olunur.

"Apple" "iPhone"un enerji səviyyəsini tam 100 faizə çatdırmamağı, təxminən 95% səviyyəsində doldurmanı dayandırmağı tövsiyə edir. Bu sadə yanaşma batareyanın aşınmasını azaltmağa və avtonomluqda ciddi dəyişiklik olmadan onun uzunömürlülüyünü artırmağa imkan verir.

Şirkət həmçinin rəsmi sertifikatlaşdırılmış enerji adapterləri və kabellərdən istifadə etməyin vacibliyini vurğulayır. Çünki ucuz "Çin istehsalı" adapter və kabellər təhlükəsizlik standartlarına cavab verməyə, hətta yanğın riski və ya cihazın zədələnməsi ilə nəticələnə bilər.

Bundan başqa, "Apple" iOS sistemində "Optimized Battery Charging" funksiyasını tətbiq edib. Bu funksiya "iPhone" yüksək enerji səviyyəsinə çatdıqda doldurmanı avtomatik şəkildə ləngidir və akkumulyatorun sağlamlığını qoruyur. Süni intellekt vasitəsilə istifadəçi vərdişləri öyrənilir və telefon 100%-ə yalnız istifadə vaxtına yaxın doldurulur.

Beləliklə, "iPhone" batareyasının mümkün qədər uzun müddət stabil işləməsini istəyirsinizsə, onu daim 100%-ə qədər doldurmaqdan çəkinin və enerji yığımı zamanı 95% qaydasına əməl edin.

Qeyd edək ki, daha əvvəl "Apple" istifadəçiləri "iPhone"u gecə boyu enerji yığımı vəziyyətində saxlamaqdan çəkinməyə çağırmışdı, xüsusilə də cihaz yastığın, yorğanın altında və ya bədənə yaxın olduqda./valyuta.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv