Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər – Barseluşdan REPORTAJ

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər – Barseluşdan REPORTAJ






presstv

"Presstv"az #Ailə, #Audi, #Bələdiyyə, #Hadisə, #Hakim, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliyanın Barseluş şəhəri tarix və mədəniyyət baxımından zəngin və cazibədar yerdir. Şəhər romalılar tərəfindən salınıb. Sonradan məşhur Portuqaliya əfsanəsinin doğulduğu yerə çevrilib. Bu da təkcə Barseluşun deyil, ümumən Portuqaliyanın əsas simvollarından biri olan “Qalo”nun (xoruz) yaranmasına səbəb olub.

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Şəhər qədim dövrlərə aid arxeoloji qalıqların aşkar edildiyi ərazidə yerləşir. Barseluş şəhər statusunu 12-ci əsrdə alsa da, sürətli inkişafı 14-cü əsrin sonlarında başlayıb. Həmin dövrdə şəhər inkişaf edən kənd təsərrüfatı mərkəzinə çevrilib. 14-cü əsrdə Braqansa hersoqunun iqamətgahı kimi siyasi əhəmiyyət qazanıb.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Hazırda Barseluşda sakit həyat tempi bərqərardır. Yollar boyu dar küçələr, qədim fəvvarələr və orta əsr binaları keçmişə səyahət illüziyası yaradır. Keçmiş dövrlərin atmosferinə qərq olmaq, adət-ənənələr və sənətkarlıq haqqında məlumat əldə etmək bölgənin mədəniyyəti və tarixini dərindən anlamağa kömək edir.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Xoruz niyə Barseluşun simvoludur?

Bələdçim Anabela Şavyer əsrlərdən bəri dillər əzbəri olan rəvayəti danışır: “Santyaqo-de-Kompostelaya gedən bir zəvvar Barseluşda yalandan oğurluqda ittiham olunur. O, hakimə “Əgər mən günahsızamsa, masanızdakı qızardılmış xoruz banlayacaq” – deyir. O, edama aparılarkən qızardılmış xoruz dirilərək banlayır. Kişi xilas olur və xoruz ədalət, iman və xoşbəxtlik simvoluna çevrilir. Şəhər də bu hadisədən sonra məşhurlaşır. Bir neçə il sonra zəvvar Barseluşa qayıdır və orada səmavi himayədarlarına minnətdarlıq əlaməti olaraq Məryəm Ana və Müqəddəs Ceymsə həsr olunmuş xatirə xaçı ucaldır”.

Lakin əfsanə bununla bitmir. 1930-cu illərdə Barseluş yaxınlığındakı bir kənddən olan Dominqo Koto adlı bir dulusçu qovurulmuş xoruzun xatirəsinə gil xoruz hazırlayır. Heykəlcik müəyyən bir cazibə qazanır. Kəndlilər, daha sonra qonşu şəhərlərin sakinləri oxşar xoruzlar istəməyə başlayırlar. Beləliklə də bu boyalı xoruz Portuqaliyanın simvolu və ədalətin təntənəsinin rəmzi kimi məşhurlaşır.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Bu gün parlaq rənglərlə bəzənmiş Barseluş xoruzu məşhur Portuqaliya sənət əsərlərindən biri sayılır. Əl işləri, bazar köşkləri, meydanlar, karusellər onun şəkilləri ilə bəzədilib. Şəhərdəki suvenir mağazaları rəngarəng quşun müxtəlif ölçülü fiqurları ilə doludur, ona həsr olunmuş əyləncəli abidələr bir neçə yerdə küçələri bəzəyir. Rəngli xoruzun surəti süfrə qablarında təsvir olunub, süfrələr və dəsmallar üzərində naxışlanıb.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Yaşamağa layiq şəhər

Barseluşu gəzdikcə görürsən ki, şəhərin təklif edəcəyi şeylər yalnız əfsanədən ibarət deyil. Kavado çayı şəhəri iki hissəyə bölür. Çayın üzərindəki qədim körpüdən digər tərəfə keçid üçün istifadə olunur. Şəhər 7 000 artefakt kolleksiyasına malik öz Arxeoloji Muzeyi və Keramika Muzeyi ilə öyünür.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Muzeydə keramika sənətinin müxtəlif növləri nümayiş etdirilir. “Şəhərdə yəqin ki, keramika ustalığı məktəbi mövcuddur”, – deyə maraqlanıram: “Məktəb yoxdur. Ailə ənənələri var. Nəsillərlə davam edən ailə ənənəsi… Onların sayəsində bu sənət yaşayır. Sevindiricidir ki, gənclər də bu sənətə maraq göstərirlər. Onlar ata-babalarının yolunu davam etdirirlər. Ona görə əminik ki, bu sənət itməyəcək”.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Barseluş keramikanın vətəni olduğu üçün burada bütün restoran, kafe, hotel sektorunda yalnız rəngbərəng keramik qablardan istifadə olunur. Barseluş, həmçinin “Minyo” sənəti ilə də tanınır. Bu fenomen eyniadlı bölgə üçün xarakterikdir və şəhərin tarixində dərin köklərə malikdir. Bu sənət keramika və orijinal Portuqaliya əl işlərini sevənlər üçün maraqlı bir təcrübədir. Bu sənətin nümunələrini hazırda şəhərin muzey və sərgi salonlarında, həmçinin suvenir dükanlarında görmək olur.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

“Orta əsrlər Barseluşu”

“Barseluş yalnız görməyə deyil, həm də yaşamağa layiq bir şəhərdir”, – deyə bələdçi davam edir: “Əfsanəsi suvenirlərdə, freskalarda, emalatxanalarda və bələdçi kitablarında yaşayır, yarmarka və “Mostra” isə Minyo bölgəsinin ənənələrini və yaradıcılığını ən yaxşı şəkildə təmsil edir”.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Hər il iyun ayında burada şəhəri canlı yarmarkaya çevirən böyük “Orta əsrlər Barseluşu” yarmarkası keçirilir. Həmin vaxt şəhərə turistlər daha çox gəlirlər. Qış aylarında isə turistlərin sayı azalır:

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

“Qışda buralarda havalar yağışlı və qarlı keçir. Xüsusən yağışlar aramsız yağır. Ona görə turistlərin sayı kəskin azalır. Yayda isə Barseluş turistlərin dincəlməsi, tarixdən, təbiətdən, qastronomiyadan, mədəniyyətdən zövq almaları üçün ideal yerdir. Yay aylarında turistlər o qədər çox olur ki, hotellərdə yer problemi yaranır. Ona görə də şəhər bələdiyyəsi turizmi inkişaf etdirmək üçün hotellərin sayını artırmaq, ümumən xidmət sektorunu gücləndirmək haqqında düşünür. Çünki Portuqaliyanın şimalında turizm get-gedə daha çox inkişaf edir. Ölkənin şimalını, onun turizm imkanlarını görmədən Portuqaliyanın digər regionları haqqında təəssürat yarana bilməz. Bu tarixi şəhərlər ölkə haqqında ümumi təəssürat formalaşdırır”.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ

Yerli istehsalçılarına da dəyər verir

Barseluş yerli istehsalçılarına da dəyər verir. Hava şəraitindən asılı olmayaraq, hər cümə axşamı şəhər Portuqaliyanın ən böyük bazarlarından birinə ev sahibliyi edir. Bazarda yerli məhsullar, keramika suvenirləri, geyimlər, əl işləri və taxta qablar satılır. Ətraf şəhər və kəndlərdən olan sahibkarlar da öz məhsullarını bu bazara gətirirlər.

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər - Barseluşdan REPORTAJ


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv