Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI

Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Çin, #Qəzalı bina, #Qəzalı binalar, #Şanxay, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək”.

presüstvaz  Oxu.az-a  bildirir ki, bu barədə  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, ilkin mərhələdə 13 qəzalı binada söküntü işləri görüləcək:

Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI

“Bu binalar, əsasən, 1945-55-ci illərdə inşa edilib və təxminən 75 ildən artıqdır ki, istismar olunur. Sözügedən binalar bir və iki mərtəbəlidir. Bu proses nəticəsində 1 000-dən çox ailənin köçürüləcəyi gözlənilir. Sökülməsi planlaşdırılan binalar arasında “fin evi” kimi tanınan tikililər də var. Həmin tikililər ikimərtəbəli olmaqla uzunmüddətli istismar üçün uyğun hesab edilmir. Bu binaların da sökülməsi gözlənilir. Söküntü prosesində əsas məqsəd həmin binalarda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və onların yeni yaşayış mənzilləri ilə təmin olunmasıdır.

Hazırda 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə qəzalı binaların mövcud olduğuna dair məlumatlar mövcuddur. Layihəyə uyğun olaraq, həmin ərazilərdə söküntü işləri aparılacaq”.

Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?

Sədr söküləcək binalarla bağlı kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirib:

“Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, ilkin hesablamalar aparmışıq. Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.

Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI

Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.

Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.

Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar”.

O vurğulayıb ki, hazırda Sumqayıt ərazisində söküləcək olan 21 bina və 450-dən çox mənzilin olduğuna dair məlumatlar var:

“Prosesin əhatə dairəsi genişləndiriləndən sonra söküləcək binaların sayının 40-a, mənzillərin sayının isə 1500-ə çatacağı gözlənilir”.

Vüqar Oruc onu da qeyd edib ki, həm Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı çərçivəsində, həm də Azərbaycan Respublikası ərazisində qəzalı binaların risk yaratması səbəbindən sökülməsi və onların yerində yeni binaların inşa olunması istiqamətində müəyyən qərarlar qəbul edilib:

“Həmin qərarlar müvafiq icra qurumları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu proses yalnız Bakı ilə məhdudlaşmır və bütün ölkə ərazisində mərhələli qaydada icra olunacaq.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının rəyinə əsasən qəzalı hesab edilən binalar vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sökülməlidir. Bu, məcburi xarakter daşıyan bir prosesdir. Həmin binalarda yaşayan sakinlər mülkiyyətlərinin dəyərinə uyğun kompensasiya ilə təmin olunmalı, ya da əgər həmin ərazidə yeni binalar inşa edilirsə, yeni mənzillərlə təmin edilməlidirlər.

Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI

Azərbaycanın digər rayonlarında da qəzalı binalar müəyyən edilib və bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kifayət qədər məlumat mövcuddur.

Ümumilikdə, ölkə üzrə qəzalı binalar müvafiq dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib. Gələcəkdə Gəncə və digər regionlarda da eyni prosesin aparılması gözlənilir.

Proses, əsasən, üç mərhələdən ibarətdir. Birinci mərhələdə ekspertiza keçirilir və binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmadığı müəyyən edilir. Bu barədə rəy hazırlanaraq müvafiq dövlət qurumuna təqdim olunur. İkinci mərhələdə inventarizasiya aparılır – mənzillərin ölçüləri, yerləşməsi və digər texniki məlumatlar toplanır. Üçüncü mərhələdə isə qiymətləndirmə həyata keçirilir və kompensasiya məbləği müəyyən olunur.

Bundan sonra ərazidə bina tikintisinin investor, dövlət büdcəsi və ya dövlət-investor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul edilir və prosesə start verilir”.

Xatırladaq ki, ötən gün Sumqayıt şəhərində irimiqyaslı yeni urbanizasiya layihəsinin icrasına başlanılmasının planlaşdırıldığı söylənib. Layihə çərçivəsində Çin investorlarının Sumqayıta sərmayə yatıracağı, mövcud yaşayış massivlərində yerləşən taxta “fin evləri”nin söküləcəyi və ərazidə tamamilə yeni şəhərcik salınacağı bildirilir. Məlumata görə, layihə şərti olaraq “Şanxay” adı ilə tanınacaq. Yeni şəhərcikdə müasir tipli çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların – məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv