Sozar Subari: “Zəngəzur dəhlizi Gürcüstan üçün çox sərfəli olacaq”

Sozar Subari: “Zəngəzur dəhlizi Gürcüstan üçün çox sərfəli olacaq”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Gürcüstan, #Hadisə, #Münaqişə, #Naxçıvan Muxtar Respublikası, #Orta Dəhliz, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tramp marşrutu yaxın gələcəkdə Gürcüstan üzərindən keçən mövcud tranzit marşrutları ilə rəqabət aparmayacaq. Uzunmüddətli perspektivdə isə regionda bir neçə alternativ istiqamət formalaşdıqca bu, Orta Dəhlizə marağı artıracaq, daha çox yük cəlb edəcək və Gürcüstan üçün yeni imkanlar yaradacaq”.

presstvaz kvira.ge-yə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədr müavini və Xalqın Gücü Partiyasının sədri Sozar Subari Cənubi Qafqazda baş verən cari proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu barədə danışarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi son dərəcə müsbət hadisədir:

“Bu gün Ermənistan hökuməti də etiraf edir ki, bu proses qaçılmaz idi və bütün tərəflərin maraqlarına cavab verirdi. Doğrudur, iki ölkə arasında hələ də həllini tapmamış bir sıra məsələlər qalır. Lakin əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazın bir hissəsində ərazi bütövlüyü prinsipi bərpa olunub və sülh təmin edilib”.

Zəngəzur dəhlizi məsələsinə toxunan S.Subari vurğulayıb ki, bu marşrutun əsas məqsədi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, ölkənin iki hissəsi arasında ən qısa yoldur. Bu baxımdan yüklərin həmin marşrut üzrə daşınması tamamilə təbii və məntiqlidir:

“Hazırda Azərbaycan yükləri Ermənistana Gürcüstan üzərindən daşınır. Lakin elə bir zaman gələcək ki, bu yüklər birbaşa Azərbaycandan Ermənistana göndəriləcək. Bunun nəticəsində Gürcüstan müəyyən qədər gəlir itirə bilər. Amma birincisi, bu iqtisadi baxımdan böyük həcm deyil, ikincisi isə bu, coğrafiya və sağlam məntiqin diktə etdiyi tamamilə təbii prosesdir”.

O əlavə edib ki, Zəngəzur dəhlizinin Naxçıvandan Türkiyəyə qədər uzadılması və Şərqlə Qərb arasında yeni tranzit dəhlizinin yaradılması olduqca vacib layihədir:

“Bu, Gürcüstan üçün yüklərin bir hissəsinin itirilməsi deməkdirmi? Əksinə, mən burada daha böyük perspektiv görürəm. Qafqaz kiçik regiondur və onu vahid iqtisadi məkan kimi qəbul etməliyik. İndiyədək mövcud münaqişələr buna imkan vermirdi. Regionda beynəlxalq maraq doğuran, təhlükəsiz və yaxşı qorunan bir dəhliz formalaşdıqda, bu, onun əhəmiyyətini artıracaq və dəhlizin bütün qollarına əlavə yüklər cəlb edəcək. Nəticədə bu proses Gürcüstan üçün də son dərəcə sərfəli olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv