Bolqarıstan Konstitusiya Məhkəməsi ölkə prezidentinin istefasını təsdiqlədi

Bolqarıstan Konstitusiya Məhkəməsi ölkə prezidentinin istefasını təsdiqlədi






presstv

"Presstv"az #Audi, #Avropa, #Bolqarıstan, #Hakim, #Konstitusiya Məhkəməsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bolqarıstan Konstitusiya Məhkəməsi Prezident Rumen Radevin istefasını təsdiqləyib.

presstvaz-ın xəbərinə görə, bu barədə Bolqarıstan Milli Radiosundan məlumat verilib.

“12 hakimin hamısı Radevin istefası ilə bağlı qərarı yekdilliklə qəbul edib, bu, qətidir və bu gündən qüvvəyə minir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rumen Radev yanvarın 20-də Konstitusiya Məhkəməsinə istefa ərizəsini təqdim edib. Ərizə təqdim edildiyi andan Radevin prezident postunda səlahiyyətləri faktiki olaraq dayandırılıb və ölkə konstitusiyasına uyğun olaraq vitse-prezident İliyana Yotovaya keçib. O, Radevin səlahiyyət müddətinin sonuna, 22 yanvar 2027-ci ilə qədər prezident səlahiyyətlərini icra edəcək.

Daha əvvəl Rumen Radev istefası ilə bağlı xalqa müraciətində bildirib ki, onun rəhbərliyi altında Bolqarıstan Avropaya inteqrasiya prosesini başa çatdırıb – Şengen zonasına və avrozonaya daxil olub, lakin son zamanlarda o, bir neçə ciddi hökumət böhranı ilə üzləşib.

Radio xatırladır ki, Bolqarıstanda prezident institutunun mövcud olduğu 33 ildə ilk dəfə olaraq dövlət başçısı səlahiyyət müddətinə vaxtından əvvəl son qoyur. Bundan əlavə, Bolqarıstanın müasir tarixində ilk dəfə olaraq ən yüksək dövlət vəzifəsini qadın tutacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv