Məşhur məşqçi Mirça Luçesku təcili xəstəxanaya yerləşdirildi

Məşhur məşqçi Mirça Luçesku təcili xəstəxanaya yerləşdirildi






presstv

"Presstv"az #"Beşiktaş", #Audi, #Futbol, #İtaliya, #Kiyev, #Qalatasaray, #Rusiya, #Soyuqdəymə, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

80 yaşlı məşqçi Mirça Luçesku Rumıniyada təcili olaraq xəstəxanaya yerləşdirilib.

presstvaz “ProSport”a istinadən xəbər verir ki, Luçeskunun xəstəxanaya yerləşdirilməsi onun səhhətindəki kəskin pisləşmə ilə əlaqədardır.

Məlumata görə, məşqçinin vəziyyəti ötən ilin sonunda pisləşib. Soyuqdəymə Luçeskunun uzun müddətdir davam edən ürək problemlərini daha da ağırlaşdırıb.

Bu səbəbdən Luçesku Rumıniya komandalarının təlim-məşq toplanışı keçirdiyi Türkiyənin Antalya şəhərinə getməyəcək. Təcrübəli məşqçinin orada Rumıniya milli komandasının potensial oyunçularına nəzarət etməsi planlaşdırılırdı.

Xatırladaq ki, Luçesku futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi Rumıniya komandaları ilə yanaşı, İtaliyanın “İnter”, Türkiyənin “Beşiktaş” və “Qalatasaray”, Ukraynanın “Şaxtyor Donetsk” və “Dinamo Kiyev”, Rusiyanın “Zenit” klublarında çalışıb.

Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv