“2025-ci ildə hüquq-mühafizə fəaliyyətinin əsas prioritetləri və nailiyyətləri”

“2025-ci ildə hüquq-mühafizə fəaliyyətinin əsas prioritetləri və nailiyyətləri”






presstv

"Presstv"az #Azərbaycan, #Böyük Qayıdış, #Hadisə, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Nəqliyyat, #Odlu silah, #Qarabağ və Şərqi Zəngəzur, #Qəsdən adam öldürmə, #Vəzifə, #Vilayət Eyvazov, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasəti nəticəsində ölkədə sabitlik “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə də etibarlı şəkildə qorunub. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daxili işlər orqanları qarşıya qoyulan vəzifələri layiqincə icra edib, beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tam təmin olunub.

       Hesabat məruzəsində qeyd edilib ki, ötən il ölkə üzrə 31 min 852 cinayət qeydə alınıb, onların 90,5 faizi açılıb. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 93,5 faizinin açılması daxili işlər və prokurorluq orqanlarının fəaliyyəti çərçivəsində təmin olunub. Ağır və xüsusilə ağır cinayətlərin 90,1 faizi, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9 faizi, şəxsiyyət əleyhinə olanların isə 98,9 faizi açılıb. Qəsdən adam öldürmə, soyğunçuluq və quldurluq cinayətlərinin hamısının üstü açılıb.

Qeyd olunub ki, ümumi cinayətlərin sayı 6,2 faiz, ağır və xüsusilə ağır cinayətlər 8,6 faiz, yol-nəqliyyat hadisələri 12,3 faiz, qəzalarda ölənlərin sayı 9,8 faiz, xəsarət alanların sayı isə 13,6 faiz azalıb.

       Cinayətkarlığın qarşısının alınması istiqamətində görülən tədbirlərlə 355 bağlı qalmış cinayət açılıb, ağır və xüsusilə ağır cinayətlər törətmiş 1 033 nəfər saxlanılıb, 214 kriminal qrup zərərsizləşdirilib.

Narkotiklərlə mübarizə sahəsində də mühüm nəticələr əldə olunub. Qeyri-leqal dövriyyədən 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb, 88 narkotik cinayətkar qrupu zərərsizləşdirilib, 294 tondan artıq çətənə və xaş-xaş kolu məhv edilib.

       İnternet üzərindən həyata keçirilən cinayətlərin qarşısının alınması məqsədilə aparılan monitorinqlər nəticəsində 3 min 315 sayt və sosial şəbəkə hesabı aşkarlanaraq bloklanıb.

Bundan başqa, ümumilikdə 5 min 199 ədəd odlu silah, o cümlədən işğaldan azad olunmuş ərazilərdən 1 079 döyüş silahı aşkar olunub. Qanunsuz silah saxlama ilə bağlı 502 fakt müəyyən edilib.

       Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramı çərçivəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.

Kollegiya iclasında vətəndaş məmnunluğunun təmin edilməsinin prioritet istiqamət olduğu vurğulanıb. 2025-ci ildə ümumilikdə 8 min 491 vətəndaş qəbul edilib, 3 milyona yaxın müraciətə operativ baxılıb, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 86,7 faizi ödənilib. “E-Polis” mobil tətbiqindən istifadə edənlərin sayı 825 mini ötüb.

       İclasın yekununda general-polkovnik Vilayət Eyvazov əldə olunan müsbət nəticələrin polis–vətəndaş münasibətlərinin inkişafının göstəricisi olduğunu bildirib, daxili işlər orqanlarının fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və qarşıda duran vəzifələrin yüksək peşəkarlıqla icra ediləcəyini vurğulayıb.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv