Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hakim, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanın xarici siyasət məsələləri ilə məşğul olmuş Vardan Oskanyan barədə danışılacaq çox şey yoxdur, çünki onun siyasi və iş təcrübəsi acınacaqlı epizodlarla doludur.

presstvaz Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“Oskanyan Köçəryan dönəmində Mehri bölgəsinin Azərbaycana verilməsi barədə danışıqlara gediləndə öz zəiflik və məğlubiyyətlərini tam anlamırdı. Niyə TRIPP-ə qarşı “Səlib yürüşü”nə başlayıblar? Çünki öz arzularını reallaşdıra bilmədilər. Onlar Ermənistanın suverenliyini ləğv etmək istəyirdilər”, – deputat Oskanyanın TRIPP-i o qədər də əhəmiyyətli layihə hesab etməməsi barədə şərhinə cavab olaraq qeyd edib.

Koncoryanın sözlərinə görə, açıq tənqidlərin digər tərəfi odur ki, müxalifət artıq TRIPP layihəsi işə düşəcəyi təqdirdə bir qədər əlavə pul qazanmaq üçün biznes planları hazırlayır.

Hakim komandanın üzvü əmindir ki, TRIPP Ermənistana rifah gətirəcək, çünki bu, müharibə istəyənlərin maraqlarına da ziddir:

“Müxalifətin strategiyası belədir: Ermənistan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. İndi yaxşı proseslər gedir, buna görə kədərli və bədbəxtdirlər. İnsanlar həyatı seçir, müxalifət isə ölümü seçir, onlar müharibə istəyirlər, amma onların zarıldaması reallığı dəyişməyəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv