Yeni Zelandiyada torpaq sürüşməsi: İtkin düşənlər var

Yeni Zelandiyada torpaq sürüşməsi: İtkin düşənlər var






presstv

"Presstv"az #DNT, #Güclü külək, #Torpaq sürüşməsi, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni Zelandiyanın Şimal adasının şərq sahilində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində uşaqlar da daxil olmaqla, bir neçə nəfər itkin düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə yerli “Stuff” portalı məlumat verib.

Yeni Zelandiyada torpaq sürüşməsi: İtkin düşənlər var

Məlumata görə, polis və fövqəladə yardım xidmətləri “Maunt Maunganui” istirahət parkında baş verən sürüşmədən sonra axtarış-xilasetmə əməliyyatları aparırlar. Fəlakət bölgəsində istirahət edənlərə məxsus qoşqular (treylerlər) və çadırlar aşkarlanıb ki, hazırda onlar itkin düşmüş hesab edilirlər. Xilasedicilərin əlində olan məlumata görə, onların arasında uşaqlar da var. Axtarış-xilasetmə əməliyyatına polis itləri və helikopterlər də cəlb edilib.

Yeni Zelandiyada baş verən kütləvi sürüşmələr ölkənin Şimal adasını vuran güclü yağışlardan qaynaqlanır. Daşqın zonasında onlarla yaşayış məntəqəsi var və ən azı 7 000 ev təsərrüfatı elektrik və rabitəsiz qalıb. Milli elektrik şəbəkəsi operatoru olan “Powerco”nun məlumatına görə, bəzi ərazilərdə təmir briqadaları ancaq yağışlar və onların gətirdiyi daşqınlar bitdikdən sonra bərpa işlərinə başlaya biləcəklər.

“Zərərin miqyası çox böyükdür: ağaclar elektrik xətlərinin üzərinə yıxılıb, çox sayda dirəklər yıxılıb, elektrik panelləri isə su altında qalıb, bu isə o deməkdir ki, bir çoxları bir neçə gün elektriksiz qalacaq”, – deyə “Powerco” bildirib.

Güclü yağışlar, güclü külək, böyük miqyaslı daşqınlar və torpaq sürüşmələri səbəbindən şimal-şərqin bəzi bölgələrində və Şimali adasının mərkəzi hissəsində fövqəladə vəziyyət rejimi qüvvədədir. İki yaşayış məntəqəsinin sakinləri üçün təxliyə elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv