“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı






presstv

"Presstv"az #Expressbank, #SİMA İmza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

SİMA yeni nəsil rəqəmsal imza “Expressbank” ilə tərəfdaşlığa başlayıb.

Artıq “Expressbank”da əmanətlərin yerləşdirilməsi prosesi “SİMA İmza” ilə rəqəmsallaşdırılıb. Bunun üçün müştərilər banka gəlmədən, “Express24” mobil tətbiqində hesab yaradıb, daha sonra müqavilələri “SİMA İmza” ilə məsafədən imzalayaraq əmanətlərini yerləşdirə bilərlər. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələb edilmir.

Hazırda “Expressbank”da “SİMA İmza” ilə digər bank əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində də işlər aparılır.

Qeyd edək ki, SİMA rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün həmişəlik, sahibkarlar üçün isə ilk 6 ay müddətində ödənişsiz təqdim edilir.

Rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv