Tramp: “Qrenlandiya ABŞ-yə “Qızıl Günbəz” sisteminin yerləşdirilməsi üçün lazımdır”

Tramp: “Qrenlandiya ABŞ-yə “Qızıl Günbəz” sisteminin yerləşdirilməsi üçün lazımdır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Danimarka, #Donald Tramp, #Dünya İqtisadi Forumu, #Qrenlandiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə təhvil verilməsindən imtina edilsə, Vaşinqton bunu yadda saxlayacaq”.

presstvaz TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Dünyanı qorumaq üçün bir buz parçası istəyirik. Siz “bəli” deyə bilərsiniz və biz çox minnətdar olacağıq. Yaxud siz “yox” deyə bilərsiniz və biz bunu yadda saxlayacağıq”, – o, Qrenlandiyanı nəzərdə tutaraq bildirib.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton genişmiqyaslı “Qızıl Günbəz” raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün Qrenlandiyanın Danimarkadan təhvil alınmasını təmin etmək niyyətindədir.

ABŞ lideri vurğulayıb ki, Şimali Amerika qitəsinin təhlükəsizliyini təmin etmək üçün yeni raketdən müdafiə sisteminin yaradılması zəruridir. Onun sözlərinə görə, adada müdafiə elementlərinin yerləşdirilməsi xarici təhdidlərin qarşısını effektiv şəkildə alacaq və ABŞ müttəfiqlərini qoruyacaq.

O, Vaşinqtonun Qrenlandiyanın alınması ilə bağlı dərhal danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

“Bu, NATO üçün təhdid olmayacaq. Bu, bütün alyansın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq”, – Tramp vurğulayıb.

Prezident hesab edir ki, ABŞ NATO daxilində ciddi ədalətsiz münasibətlə üzləşir. O, adanın alınmasının yalnız ABŞ-yə fayda verməyəcəyini, həm də bütün Şimali Atlantika Alyansının strateji əhəmiyyətli bir bölgədəki mövqeyini gücləndirəcəyini deyib, bunun məntiqi bir addım olacağını bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv