Elm və təhsildə qardaşlıq körpüsü: Türkiyə və Azərbaycan arasında yeni razılaşma

Elm və təhsildə qardaşlıq körpüsü: Türkiyə və Azərbaycan arasında yeni razılaşma






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Haber Global, #İlham Əliyev, #İstanbul, #Magistratura, #Qarabağ Universiteti, #Rəcəb Tayyib Ərdoğan, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Ali Təhsil Şurasında (YÖK) qurumun sədri, professor doktor Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə imzalanma mərasimi keçirilib.

presstvaz “Haber Globala”a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Erol Özvarun sözlərinə görə, eyni tarixə, ortaq mədəniyyətə və gələcəyə dair vahid baxışa malik olan, xüsusi qardaşlıq münasibətləri ilə bağlı Türkiyə və Azərbaycan arasındakı möhkəm əlaqələr bu gün elm və təhsil sahəsində institusional və davamlı əməkdaşlıqlar vasitəsilə daha da gücləndirilir.

Əməkdaşlığı mühüm və strateji addım kimi dəyərləndirən Özvar qeyd edib ki, imzalanacaq anlaşma memorandumu çərçivəsində köklü tarixə və beynəlxalq nüfuza malik İstanbul Texniki Universitetinin bilik və təcrübəsi Qarabağ Universitetinin inkişafına əhəmiyyətli töhfə verəcək.

Professor Özvar vurğulayıb ki, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, ikili diplom proqramları, eləcə də mühəndislik sahəsində ortaq laboratoriya fəaliyyətləri bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, ali təhsil sahəsində qurulan hər bir strateji tərəfdaşlıq Türkiyə və Azərbaycanın ortaq gələcəyinə qoyulan mühüm sərmayədir.

Erol Özvar həmçinin gələcək dövrlərdə bakalavr səviyyəsində əməkdaşlıqla yanaşı, magistratura, doktorantura və doktoranturadan sonrakı mərhələlərdə də elm və texnologiya sahəsində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin hədəfləndiyini bildirib. O, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin tapşırıqları əsasında iki ölkə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması istiqamətində ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv