Niyaməddin Musayev: “Mən bəstələdiyim mahnını satmıram, ayıbdır”

Niyaməddin Musayev: “Mən bəstələdiyim mahnını satmıram, ayıbdır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Təbrik, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şöhrət” ordeni ilə təltif olunandan sonra ulu öndər Heydər Əliyev mənə məktub yazdı. O özü də çıxışında dedi ki, “Niyaməddin Musayevin 60 illik yubileyini təbrik etdim və ona məktub göndərdim”. Məktubda da yazmışdı ki, milli estradanın təməlini qoyan bir novator, bir bəstəkar, bir sənətkar kimi sizi təltif edirəm. Bu, ulu öndərin mənə verdiyi qiymət idi. Bütün orden və medallarla təltif olunmuşam. Dövlət mənə hər cür diqqət göstərir”.

presstvaz xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.

O, daha sonra əlavə edib:

“Biri var ifaçı, biri də var yaradıcı ifaçı. Dünyanın hər yerində mənim nəğmələrimi ifa edirlər. Hətta Afrikada da ifa edilir. İspan, ərəb, ingilis dillərində mahnılarımı oxuyanlar var. Bu bizim Azərbaycan mədəniyyətinin təbliğatıdır. Bundan gözəl nə ola bilər ki? Mən bəstələdiyim mahnını satmıram. Ayıbdır, adam öz sənətini satarmı? “YouTube”da mahnılarıma baxışdan pul gəlir. Əqli Mülkiyyət Agentliyi qonorarımı göndərir. Bu, bir qayda olaraq belədir. Mən həm xalqımıza minnətdaram, həm də millətimizə”.

Niyaməddin Musayev mərkəzdən kənarda yaşamasından da danışıb:

“Əhmədlidə yaşayıram. Prezident şəhərin mərkəzində mənə ev vermişdi. Uşaqlara görə evi dəyişdim ki, övladlarıma yaxın olum, qonşu olum. Çünki onlar Əhmədlidə yaşayırlar. Ona görə də mərkəzdən uzaqda oluram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv