Dövlət bankına rəhbər təyin edildi

Dövlət bankına rəhbər təyin edildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Bakı Metropoliteni, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

presstvaz xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb.

O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub. 2022-25-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.

Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülüb. Hazırda bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6.55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12.37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank International” AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv