Azərbaycan nümayəndə heyəti beynəlxalq konfrans çərçivəsində Misir prezidentinin qəbulunda olub

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfrans çərçivəsində Misir prezidentinin qəbulunda olub






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Misir, #Ramin Məmmədov, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İslam Məsələləri üzrə Ali Şuranın təşkilatçılığı ilə keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib.

presstvaz xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Misir prezidenti bildirib ki, bu tədbir ekstremist ideologiyalara qarşı mübarizədə vahid yanaşmaların formalaşdırılmasına, dini qurumların cəmiyyətin sabitliyi və təhlükəsizliyinin təminində rolunun gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, konfrans müasir çağırışlar fonunda dini təbliğatda rəqəmsal vasitələrin imkanlarının müzakirəsi üçün mühüm platformadır. Əbdülfəttah əs-Sisi konfrans çərçivəsində aparılan müzakirələrin islam dünyasının nüfuzunun artırılmasına, alimlərin yetişdirilməsinə və islamın düzgün anlaşılmasının təşviqinə xidmət etdiyini bildirib.

Qeyd edək ki, 60 ölkədən 185 qonağın qatıldığı beynəlxalq konfransın məqsədi ekstremist ideologiyalara qarşı vahid strategiyalar hazırlamaq, dini qurumların cəmiyyətin sabitliyinin təminində rolunu müzakirə etmək və müasir təşviqatda rəqəmsal vasitələrdən istifadə yollarını araşdırmaq olub. Konfrans Misir prezidentinin himayəsi altında keçirilir, İslam Məsələləri üzrə Şura və Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv