Yeni evlənənlərə maliyyə yardımı veriləcək?

Yeni evlənənlərə maliyyə yardımı veriləcək?






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Minimum əməkhaqqı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə yeni evlənən gənclər üçün maddi dəstək mexanizmi tətbiq olunacağı açıqlanıb. Belə ki, 18-35 yaş aralığında olan, gəliri minimum əməkhaqqından artıq olmayan gənclərə evlilik məqsədilə 500 min lirə (təxminən 19 min AZN) məbləğində maliyyə yardımı göstəriləcək.

presstvaz xəbər verir ki, bununla bağlı Medialoq.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki,  Türkiyədəki kimi sosial dəstək mexanizmləri nəzəri baxımdan Azərbaycanda da tətbiq oluna bilər:

"Bu tip yardım gənclərin evlənməsini stimullaşdırmaq, ailə institutunu gücləndirmək və sosial yükü azaltmaq məqsədi daşıyır. Lakin hazırda belə bir proqramın Azərbaycanda tətbiqi real görünmür. Bunun əsas səbəbi büdcə resurslarının hələ digər sosial öhdəliklər və infrastruktur layihələrinə yönəldilməsidir. Azərbaycanda gənclərə dəstək daha çox ünvanlı sosial yardımlar, ipoteka və məşğulluq proqramları vasitəsilə verilir. Birbaşa evlilik üçün maliyyə yardımı isə hələ gündəmdə deyil. Gələcəkdə sosial və demoqrafik vəziyyət dəyişərsə, bu tip mexanizmlərin mərhələli tətbiqi mümkün ola bilər". 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv