"WhatsApp" istifadəçilərinin gözlədiyi funksiya nəhayət ki, gəlir

"WhatsApp" istifadəçilərinin gözlədiyi funksiya nəhayət ki, gəlir






presstv

"Presstv"az #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“WhatsApp” platforması “WhatsApp Web” (brauzer versiyası) üçün qrup söhbətlərində səsli və görüntülü zəng funksiyasını sınaqdan keçirməyə başlayıb. İstifadəçilər tezliklə əlavə proqram yükləmədən birbaşa brauzer üzərindən qrup zəngləri edə biləcəklər.

presstvaz xəbər verir ki, hazırda inkişaf mərhələsində olan bu yeni funksiya sayəsində istifadəçilər “Chrome”, “Edge” və digər internet brauzerləri vasitəsilə qrup zəngləri başladacaq və ya mövcud zənglərə qoşulacaqlar. Bu, “WhatsApp Web”in imkanlarını mobil tətbiqə daha da yaxınlaşdıracaq.

Məlumata görə, qrup zəngləri ilk mərhələdə 8 və ya 16 nəfərlə məhdudlaşacaq. Lakin şirkətin əsas hədəfi bu sayı mobil tətbiqlərdə olduğu kimi 32 nəfərə çatdırmaqdır.

Yeni funksiya çərçivəsində qrup söhbətlərində birbaşa “zəng linki” yaratmaq seçimi də təqdim edilə bilər. Bu yolla istifadəçilər linki paylaşaraq digər iştirakçıların zəngə asanlıqla daxil olmasını təmin edəcəklər. Zənglər həm səsli, həm də görüntülü formatda mümkün olacaq.

“WhatsApp Web”in bu günə qədər qrup zənglərini dəstəkləməməsi, xüsusilə distant işləyənlər və onlayn iclaslar üçün böyük bir çatışmazlıq hesab olunurdu. Yeniliklə birlikdə kompüter və ya planşet vasitəsilə brauzer üzərindən peşəkar və şəxsi görüşləri idarə etmək daha asan olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv