Cənubi Koreyanın prezidentinə qarşı sui-qəsd cəhdi terror aktı kimi tanındı

Cənubi Koreyanın prezidentinə qarşı sui-qəsd cəhdi terror aktı kimi tanındı






presstv

"Presstv"az #Audi, #Cənubi Koreya, #Hadisə, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreya hökuməti Prezident Li Çje Myona qarşı 2024-cü ilin yanvar ayında törədilən sui-qəsd cəhdini terror aktı kimi qiymətləndirib.

presstvaz xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Nazirinin Ofisi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, hadisə baş verən vaxt Myon prezident olmayıb və müxalif partiyanın sədri postunu tutub:

“Terrorla Mübarizə üzrə Dövlət Komitəsinin yaradılmasından on il keçib. Lakin ölkə daxilində və xaricdə vəziyyət ciddi olaraq qalır. Terror təhlükəsi xaricdə də qalmaqdadır.

Ölkəmizdə isə hazırkı prezidentə partiya sədri olduğu dövrdə hücum edilib. Hökumət bu hadisəni nəzərdən keçirdikdən sonra terror hücumu kimi tövsif etmək qərarı verdi.

2016-cı ildə terrorizmə qarşı mübarizə qanunu qüvvəyə mindikdən bəri hökumət səviyyəsində ilk dəfə bir hadisə terror aktı kimi təsnif edilir”.

Məlumatda bildirilir ki, 2024-cü il yanvarın 2-də silahlı şəxs Myona hücum edərək, ona boynundan bıçaqla zərbə endirib. Cinayəti törədən şəxs indiki prezidentə onun “tərəfdarı” kimi yaxınlaşıb və imza istəyib.

Qanlı insidenti həyata keçirən cinayətkar Myonun prezident olmasına maneə olmaq üçün belə addım atdığını etiraf edib. Hücum edən şəxs 2025-ci ilin iyulunda 15 il həbs cəzasına məhkum olunub.

Myon 2025-ci ilin iyununda keçirilən növbədənkənar seçkidə prezident seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv