Zelenskinin Davosa gedib-getməyəcəyi hələlik bəlli deyil

Zelenskinin Davosa gedib-getməyəcəyi hələlik bəlli deyil






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Dünya İqtisadi Forumu, #Jurnalistlər, #Kiyev, #Münaqişə, #Qış mövsümü, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski hələlik Davosa getməyəcək.

presstvaz xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna lideri jurnalistlərlə söhbətində hələlik Davosda keçirilən Dünya İqtisadi Forumuna getməyi planlaşdırmadığını deyib. Lakin o qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla Ukraynanın bərpası ilə bağlı müqavilə imzalamaq üçün ikitərəfli görüş təşkil olunarsa, planlarını dəyişə bilər.

V.Zelenski bildirib ki, hazırda Kiyevdə qalır, çünki qış mövsümü ərəfəsində ölkənin istilik sistemini və enerji infrastrukturunu gücləndirmək üçün qoyulmuş tapşırıqların icrasına şəxsən nəzarət etmək niyyətindədir.

“Əgər getsəm, görüş baş tutacaq. Anlamaq vacibdir ki, Amerika tərəfi ilə hər hansı bir görüş Ukraynanın mövqeyinin gücləndirilməsi və ya münaqişənin həlli ilə bağlı konkret nəticələrə gətirib çıxara bilər. Lazımi sənədlər hazırlanarsa, görüş baş tutacaq”, – deyə Ukrayna dövlət başçısı vurğulayıb.

Daha əvvəl “Axios”un jurnalisti Barak Ravid Ukrayna rəsmisinə istinadən sosial media hesabında V.Zelenskinin kütləvi gecə hücumlarından sonra hələlik Kiyevdə qaldığını və Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcəyini bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv