Pedro Bikalyodan transfer xəbərlərinə REAKSİYA

Pedro Bikalyodan transfer xəbərlərinə REAKSİYA






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Futbol, #Mətbuat konfransı, #Türkiyə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu, mənim karyeramın ən vacib oyunudur”.

presstvaz xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” matçından əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun futbolçusu Pedro Bikalyo deyib.

Yarımmüdafiəçi sabahkı oyunla bağlı fikirlərini bölüşüb:

“Bizim üçün önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik. Əsas komandanın qalib gəlməsidir. Oyundan sonra kimin “oyunun adamı” seçilməsi elə də vacib deyil”.

Bikalyo mediada gəzən transfer xəbərləri barədə də danışıb:

“Tam əminliklə deyə bilərəm ki, bu xəbərlər mənim oyunuma heç təsir etmir. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir”.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv