Polis tərəfindən narkotik və qanunsuz silah-sursat aşkar edilərək dövriyyədən çıxarılıb

Polis tərəfindən narkotik və qanunsuz silah-sursat aşkar edilərək dövriyyədən çıxarılıb






presstv

"Presstv"az #Ailə, #Avto, #Azərbaycan, #DİN, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Yanvarın 19-da ölkə ərazisində qeydə alınan cinayətlərin açılması təmin olunub
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, yanvarın 19-da ölkə ərazisində qeydə alınan 37 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Görülən tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 110 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

        Bildirilib ki, narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.

Eyni zamanda, dələduzluq cinayətlərinə görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ailə üzvlərini məlumatlandırmadan yaşayış yerini tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

        Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində yanvarın 19-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 15 tüfəng, 1 patron darağı və 507 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN tərəfindən qeyd olunan istiqamətlər üzrə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv