Bir sıra dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bir sıra dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər






presstv

"Presstv"az #Anar Əliyev, #Audi, #Azərbaycan, #Bakı, #Emin Əmrullayev, #Fərid Qayıbov, #Hadisə, #Məcnun Məmmədov, #Məzahir Pənahov, #Şahin Bağırov, #Şəhidlər xiyabanı, #Təhsil, #Ülvi Mehdiyev, #Zaur Mikayılov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıblar.

presstvaz-ın məlumatına görə, onlar Şəhidlər xiyabanına gəliblər, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. Həmin gün Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən sovet qoşunları silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv